AIBA-nın növbədənkənar konqresi təxirə düşüb

AIBA-nın növbədənkənar konqresi təxirə düşüb

Martın 20-də Macarıstanda keçirilməsi nəzərdə tutulan Beynəlxalq Boks Assosiasiyasının (AIBA) növbədənkənar konqresi iyunun 20-dək təxirə salınıb. SİA-nın məlumatına görə, bu barədə AIBA prezidenti vəzifəsini müvəqqəti icra edən Məhəmməd Mustasan bildirib ki, Avropada müxtəlif ölkələr koronavirusun yayılmasının qarşısını almaq üçün məhdudlaşdırıcı tədbirləri, o cümlədən idman tədbirlərinin ləğvi məsələlərini nəzərdən keçirirlər.

Onun sözlərinə görə, Macarıstan Boks Assosiasiyası AIBA-nın növbədənkənar konqresini bu ilin iyun ayında keçirməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, ötən ilin dekabrında Çinin Uxan şəhərində aşkarlanan yeni tip koronavirusa (COVID-19) yoluxanların sayı 80 mini ötüb. Bu virus səbəbindən ölənlərin sayı isə 2 min 984 nəfərə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə