Beynəlxalq Cüdo Federasiyası Bakıda mayın 8-9-da keçiriləcək “Böyük dəbilqə” turnirinin posterini ictimaiyyətə təqdim edib. SİA-nın məlumatına görə, posterdə Azərbaycanın məşhur cüdoçuları Rüstəm Orucov (73 kq), İrina Kindzerskaya (+78 kq) və Hidayət Heydərovun (81 kq) şəkilləri yer alıb.
Bakıda keçiriləcək “Böyük dəbilqə” turnirində indiyədək dünyanın 41 ölkəsindən 155 idmançı iştirakını təsdiqləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB