"Çelsi” “Liverpul”u kubokdan kənarlaşdırıb

"Çelsi” “Liverpul”u kubokdan kənarlaşdırıb

Martın 3-də futbol üzrə İngiltərə kubokunun (FA) 1/8 final mərhələsinin ən maraqlı qarşılaşması keçirilib.

SİA xəbər verir ki, "Stenford Bric" stadionunda oynanılan görüşdə "Çelsi" klubu "Liverpul" komandasını qəbul edib. Görüş "Çelsi"nin 2:0 hesablı qələbəsi ilə başa çatıb. London təmsilçisinin heyətində Vilyam və Ros Barkli fərqlənib.

Bu qələbədən sonra "Çelsi" 1/4 final mərhələsinə vəsiqə qazanıb. Mərhələnin püşkatma mərasimi martın 5-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə