Futbol üzrə İtaliya A seriyası təmsilçisi “Kalyari” baş məşqçisi Ronaldo Maranla yolları ayırıb. Bu barədə klubun saytı məlumat yayıb. Komandanın ölkə çempionatındakı uğursuz səbəbindən baş məşqçi istefaya göndərilib. R.Maranla yanaşı, məşqçilər Canluka Maran və Kristian Maran da komadanı tərk edib.
Qeyd edək ki, İtaliya təmsilçisi 56 yaşlı mütəxəssisin rəhbərliyi altında sonuncu dəfə ötən il dekabrın 2-si “Sampdoria” ilə matçda qalib gəlib. “Kalyari” hazırda A Seriyasının turnir cədvəlində 32 xalla 11-ci yeri tutur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB