AzVİF məşq və tədris proseslərini dayandırıb

AzVİF məşq və tədris proseslərini dayandırıb

Azərbaycan Velosiped İdmanı Federasiyası martın 10-dək bütün velosiped bölmələrində məşq və tədris prosesini dayandırıb. SİA-nın məlumatına görə, tədbirlər koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirə salınıb.

Bundan əlavə, martın 7-8-də keçirilməsi nəzərdə tutulan şose velosipedi üzrə Bakı kubokunun 1-ci mərhələsi də təxirə salınıb.

Hazırda Respublika Velotrekində və digər velosiped bölmələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə