Martın 13-15-də Rusiyanın Yekaterinburq şəhərində cüdo üzrə “Böyük dəbilqə” turniri keçiriləcək. SİA-nın məlumatına görə, nüfuzlu turnirdə Azərbaycanın kişi cüdoçuları mübarizə aparacaqlar. Turnirdə ölkəmizi Davud Məmmədsoy, Yaşar Nəcəfov (60 kq), İbrahim Əliyev, Nurlan Osmanov (66 kq), Murad Fətiyev və Araş Ağayi (81 kq) təmsil edəcəklər.
“Böyük dəbilqə” turnirində indiyədək 95 ölkədən 600-ə yaxın cüdoçu iştirakını təsdiqləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB