AFFA-nın İntizam Komitəsinin yeni qərarları açıqlanıb. SİA-nın məlumatına görə, 1 mart Premyer Liqanın XIX turunun “Neftçi” – “Səbail” oyununda “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur. (maddə 39)
1 mart, Premyer Liqanın XIX turunun “Zirə” – “Qəbələ” oyununda “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur. (maddə 39)
29 fevral, Premyer Liqanın XIX turunun “Sumqayıt” – “Keşlə” oyununda “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.(maddə 39)
28 fevral, I Divizionun XVII turunun “Səbail-2” – “Qarabağ-2” oyununda top daşıyan şəxslərin sayı əsasnamədə göstəriləndən az olduğu üçün “Səbail-2” klubu 80 manat cərimə olunur.(maddə 60)
27 fevral, I Divizionun XVII turunun MOİK – “Sumqayıt-2” oyununda MOİK klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.(maddə 39)
Matç bitdikdən sonra oyunun videoyazısı hakim-inspektora təqdim edilmədiyi üçün MOİK klubu 80 manat cərimə olunur.(maddə 60)
“Sumqayıt-2” klubu soyunub-geyinmə otağında ləngidiyi üçün oyun 4 dəqiqə gec başlayıb. Bu səbəbdən “Sumqayıt-2” klubu 240 manat cərimə olunur.(maddə 52.3)
29 fevral, futzal üzrə Birinci Liqanın “Star Kargo” – “Red Line” matçında “Red Line” komandasının futzalçısı Elnur Süleymani sonuncu ümid foluna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47)
1 mart, futzal üzrə İkinci Liqanın “Baker Hughes” – “Zirvə Bakı-2” matçında “Baker Hughes” komandasının futzalçısı Anar Rəhimov sonuncu ümid foluna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47)
“Baker Hughes” komandasının futzalçısı Camal Mahmudov nalayiq ifadə işlətdiyinə görə qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır. (maddə 41)
1 mart, futzal üzrə İkinci Liqanın “Zülfüqar” – “Hövsan” matçında “Hövsan” komandasının futzalçısı Rufin Sarıyev aqressiv davranışa görə qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır.(maddə 37)
2 mart, futzal üzrə Yüksək Liqanın “Marafon” – “Araz” matçında “Araz” komandasının futzalçısı Eshaq Surğalinin kobud oyuna görə qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır. (maddə 36)
29 fevral, Region Liqasında keçirilən “İrəvan FK” – “Qardaşlar” oyununda “İrəvan FK” komandasının heyətində N4 futbolçu Hüseyn Kazımzadə qarşılaşmanın 33-cü dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.(maddə 47)
1 mart, Region Liqasında keçirilən “Energetik” – “Qoşqar” UGİM-2 (Gəncə) oyununda “Qoşqar” UGİM-2 (Gəncə) komandasının heyətində N3 futbolçu Bünyamin Ələsgərov qarşılaşmanın 66-cı dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.(maddə 47)
29 fevral, Region Liqasında keçirilən “Neftçala” - “Alyans” oyununda “Neftçala” komandasının heyətində N9 futbolçu Sehran Abbasov qarşılaşmanın 86-cı dəqiqəsində düşüncəsiz qayda pozuntusuna görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47)
28 fevral, Region Liqasında keçirilən “Kəngərli” – NDU oyununda NDU komandasının heyətində N5 futbolçu Orkhan Gourbani qarşılaşmanın 8-ci dəqiqəsində təhqiredici ifadələr işlətdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır.(maddə 41)
28 fevral, Region Liqasında keçirilən “Sədərək” – “Arpaçay” (Şərur) oyununda “Sədərək” komandasının heyətində N7 futbolçu Cəmaləddin Zeynalov qarşılaşmanın 80-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.(maddə 47)
Matç bitdikdən sonra “Sədərək” komandasının heyətində N11 futbolçu Sərxan Məmmədzadə hakimlər briqadasını təhqir etdiyi üçün 4 oyun cəzalanır.(maddə 41)
27 fevral, Region Liqasında keçirilən “Araz” (Naxçıvan) – “Əlincə” (Culfa) oyununda “Əlincə” (Culfa) komandasının heyətində N6 futbolçu Sərxan Tağıyev qarşılaşmanın 20-ci dəqiqəsində qırmızı vərəqə ilə meydanı tərk edən zaman hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanır.(maddə 41)
25 fevral, Gənclər Liqasında keçirilən “Keşlə” – “Qarabağ” oyununda “Qarabağ” komandasının heyətində N27 futbolçu Elnar Əkbərov qarşılaşmanın 85-ci dəqiqəsində perspektivli hücumun qarşısını aldığına görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.(maddə 47)
29 fevral, Bakcell U-17 Liqasında keçirilən “Tufan” - “Keşlə” oyununda “Keşlə” komandasının heyətində N7 futbolçu Kamal Kazımov qarşılaşmanın 40-cı dəqiqəsində hakimi təhqir etdiyinə etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır.(maddə 41)
29 fevral, Bakcell U-17 Liqasında keçirilən “İsgəndər Cavadov BFA” - “Kəpəz” oyununda “İsgəndər Cavadov BFA” komandasının heyətində N5 futbolçu Akşin Abadov qarşılaşmanın 14-cü dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.(maddə 47)
29 fevral, Bakcell U-17 Liqasında keçirilən “Xəzər Lənkəran” - “Qarabağ” oyununun 87-ci dəqiqəsində “Xəzər Lənkəran” komandasının baş məşqçisi Ağadadaş Həmidov köməkçi hakimi təhqir etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldıqdan sonra qarşılaşmanın 90-cı dəqiqəsində yenidən meydana daxil olaraq, köməkçi hakimə fiziki təzyiq göstərib, ayaqla zərbə endirdiyi üçün 20 oyun cəzalanır. (maddə 37.8)
27 fevral, U-16 Liqasında keçirilən “Qəbələ” - “Neftçi” İK İB oyununda “Qəbələ” komandasının heyətində N5 futbolçu Murad Musayev qarşılaşmanın 72-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.(maddə 47)
29 fevral, Boulevard Hotel U-15 Liqasında keçirilən “İsgəndər Cavadov BFA” –“Keşlə” oyununda “İsgəndər Cavadov BFA” komandasının heyətində N7 futbolçu Məhəmməd Mütəllibov qarşılaşmanın 27-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.(maddə 47)
22 fevral, Boulevard Hotel U-15 Liqasında keçirilən “Qarabağ” - “Sabah” oyununda “Qarabağ” komandasının heyətində N8 futbolçu Vüsal Hüseynli qarşılaşmanın 74-cü dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.(maddə 47)
29 fevral, U-14 Liqasında keçirilən “Keşlə” – “Neftçi” İK İB oyununda “Neftçi” İK İB komandasının heyətində N4 futbolçu Əli Məmmədli qarşılaşmanın 55-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.(maddə 47)
1 mart, U-12 Liqasında keçirilən “Vətən” – “Neftçi” PFK oyununda “Vətən” komandasının heyətində N23 futbolçu Kərim Şükürlü qarşılaşmanın 48-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.(maddə 47)
1 mart, U-10 Liqasında keçirilən “Leon” FK – “Gənclik İK” oyununda “Leon” komandasının baş məşqçisi Rəşad Muradov qarşılaşmanın 35-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır.(maddə 41)
1 mart, Region Liqasında keçirilən “Ərkivan” – “Şıxlar” (Qobustan) oyununda “Şıxlar” (Qobustan) komandasının heyətində N4 futbolçu Tural Nəhmətli qarşılaşmanın 37-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47)
1 mart, Yüksək Qızlar Liqasının “Keşlə” FK (Bakı) - 8№-li RİOEUGİM (Bakı) oyununda “Keşlə” komandasının heyətində N13 futbolçu Süsən Mənsimzadə qarşılaşmanın 19-cu dəqiqəsində rəqibə qarşı qeyri-etik ifadə işlətdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır.(maddə 41)
8№-li RİOEUGİM komandasının heyətində N15 futbolçu Səmayə Abbaslı qarşılaşmanın 19-cu dəqiqəsində rəqibə qarşı qeyri-etik ifadə işlətdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır.(maddə 41)
1 mart, Yüksək Qızlar Liqasının “Marxal” (Şəki) - “Uğur” (Sumqayıt) oyununda “Uğur” komandasının heyətində N4 futbolçu Əfsanə Ağayeva qarşılaşmanın 71-ci dəqiqəsində aqressiv davranışa qörə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır.(maddə 37)
2 mart, Region Liqasında keçirilən “Qusar” FK – “Şahdağ” (Quba) oyununda “Qusar” komandasının heyətində N95 futbolçu Fərid Səmədzadə qarşılaşmanın 79-cu dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.(maddə 47)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB