Azərbaycan millisi Polşa yığması ilə oynayacaq

Azərbaycan millisi Polşa yığması ilə oynayacaq

Futbol üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Polşa yığması ilə keçirəcəyi oyun üçün heyəti açıqlanıb.

SİA-nın məlumatına görə, baş məşqçi Siyasət Əsgərov 21 oyunçuya dəvət göndərib. Onlardan 15-i legionerdir.

Komanda 3 - 11 martda Bakıda təlim-məşq toplanışı keçəcək

Qeyd edək ki, martın 11-də "ASK Arena"da keçiriləcək Azərbaycan - Polşa matçı saat 18:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə