UEFA-dan koronavirusla bağlı daha bir açıqlama

UEFA-dan koronavirusla bağlı daha bir açıqlama

UEFA dünyada sürətlə yayılmaqda olan koronavirusla bağlı vəziyyəti yaxından izləyir.

SİA xəbər verir ki, bu barədə "TASS" agentliyinə qurumun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, UEFA koronavirus və onun yayılması ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı və yerli hakimiyyət orqanları ilə əlaqə saxlayır:

“AÇ-2020 iyulun 12-də İtaliyanın paytaxt Romada başlayacaq. Hazırda turnirin planlaşdırılan cədvəlində bir dəyişikliyə ehtiyac yoxdu. Bu məsələ daim nəzarətdə saxlanılacaq".

Qeyd edək ki, AÇ-2020-nin təqviminə əsasən, iyunun 13-də Bakı Olimpiya Stadionunda A qrupunun Uels - İsveçrə oyunu keçiriləcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa, iyulun 4-də 1/4 final mərhələsinin bir oyunu Bakıda gerçəkləşəcək. Uelslilər iyunun 21-də Romada İtaliya ilə qarşılaşacaqlar.

AÇ-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı “Olimpiko” stadionunda üz-üzə gələcəklər. Hansı ki, İtaliya koronavirusun Avropada ən çox yayıldığı ölkədi.

Bütün xəbərlər Facebook səhifəmizdə