FHN-in əməkdaşı Açıq Respublika Qış çempionatında qalib gəlib

FHN-in əməkdaşı Açıq Respublika Qış çempionatında qalib gəlib

27-29 fevral 2020-ci il tarixlərində Su idman sarayında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Üzgüçülük Federasiyasının təşkilatçılığı ilə Açıq Respublika Qış çempionatı keçirilib. SİA-nın məlumatına görə, yarışda 3 ölkədən - Azərbaycan, Rusiya və Gürcüstandan olan 200-ə yaxın idmançı öz qüvvəsini sınayıb. FHN-in İdman-sağlamlıq mərkəzinin əməkdaşı İdman-təlim şöbəsinin inspektoru Boris Kirillov yüksək nəticə göstərərək kişilər arasında 50 metrə arxası üstə üzmədə 1-ci yer və 50 metrə sərbəst üzmədə 3-cü yerə layiq görülüb. Qalibə Azərbaycan Üzgüçülük Federasiyasının, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin diplomu təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə