AVF-nin əməkdaşı yeni təyinat alıb

AVF-nin əməkdaşı yeni təyinat alıb

Azərbaycan Voleybol Federasiyasının baş əlaqələndiricisi Zöhrab Gözəlbəyliyə yeni təyinat alıb. SİA-nın məlumatına görə, Z.Gözəlbəyli kişi komandaları arasında CEV kubokunun 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Zenit” (Rusiya)-“Hypo Tirol Alpenvolleys Haching” (Avstriya) matçının supervayzeri olacaq.

Qeyd edək ki, oyun martın 3-də Sankt-Peterburqdakı “Sibur Arena”da təşkil ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə