Lisenziyaların yenilənmə kursları keçiriləcək AFFA

Lisenziyaların yenilənmə kursları keçiriləcək AFFA

Martın 9-dan 10-dək Bakı şəhərində AFFA tərəfindən UEFA-nın “B” və AFFA-nın "C" kateqoriyalı məşqçi lisenziyalarının yenilənmə kursları keçiriləcək. SİA-nın məlumatına görə, həmçinin martın 12-dən 13-dək UEFA-nın “A” və “Pro” kateqoriyalı kursalırında iştirak etmək üçün aşağıdakılar tələb olunur:

1. Ərizə
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Sağlamlıq haqqında arayış
4. 2 ədəd şəkil (3x4)
5. Lisenziya və diplomun surəti
Kursda iştirak üçün ödənişin məbləği:
- C lisenziya üçün 100 manat
- B lisenziya üçün 300 manat
- A lisenziya üçün 500 manat
- Pro lisenziya üçün 700 manat
Ödəniş nağd və ya köçurmə yolu ilə aparıla bilər.
Əlaqələndirici şəxs: Anar Şıxəliyev
Əlaqə telefonu: +994 12 404 27 77; daxili: 11-30
E-mail: [email protected]
Həftənin I-V günləri saat 9:00-dan 18:00-dək müraciət etmək olar.
Sənədlər martın 4-dək qəbul olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə