"Liverpul"u məğlub edən tapıldı - autsayder

"Liverpul"u məğlub edən tapıldı - autsayder

Futbol üzrə İngiltərə Premyer Liqasında 28-ci turun oyunları keçirilir.

SİA xəbər verir ki, şənbə günü altı qarşılaşma baş tutub.

Lider “Liverpul” bu turda “Uotford” səfərinə yollanıb. “Qırmızılar”ın autsayderlə oyunda da asan qələbə qazanacağı proqnozlaşdırılırdı. Amma Yurgen Kloppun komandası bu görüşdə böyük hesabla məğlub olub.

“Çelsi” isə “Bornmut” səfərinə yollanıb və xal itkisi ilə üzləşib.

Bu tur keçirilməsi nəzərdə tutulan “Aston Villa” – “Şeffild Yunayted” və “Mançester Siti” – “Arsenal” matçları təxirə salınıb. Buna səbəb “şəhərlilər”in İngiltərə Liqa kubokunun final matçında “Aston Villa” ilə oyununun olmasıdı.

İngiltərə Premyer Liqası

28-ci tur

28 fevral

Norviç – Lester 1:0

Qol: J.Luis, 70.

29 fevral

Brayton – Kristal Pelas 0:1

Qol: Ayyu, 70.

Bornmut – Çelsi 2:2

Qol: Lerma, 54. Kinq, 57 – Alonso, 33; 85.

Nyukasl – Bernli 0:0

Vest Hem – Sauthempton 3:1

Qol: Bouen, 15. Haller, 40. Antonio, 54 – Obafemi, 31.

Uotford – Liverpul 3:0

Qol: Sarr, 54; 60. Dini, 72.

1 mart

18:00 Everton – Mançester Yunayted

18:00 Tottenhem – Vulverhempton

Bütün xəbərlər Facebook səhifəmizdə