“Qarabağ” “Sabah”la, “Sumqayıt” isə “Keşlə” ilə heç-heçə oynadı

“Qarabağ” “Sabah”la, “Sumqayıt” isə “Keşlə” ilə heç-heçə oynadı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura start verilib.

SİA xəbər verir ki, turun açılış matçında “Sumqayıt” “Keşlə”ni qəbul edib.

Komandaların turnir cədvəlində bir-birlərinə yaxın olması oyuna olan marağı artırmışdı. Dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib. "Kimyaçılar" qarşılaşmada iki dəfə önə keçsə də, görüş 2:2 hesabı ilə sona çatıb.

Günün digər oyunu isə lider “Qarabağ”la “Sabah” arasında baş tutub. Bu görüşdə isə qapılara qol vurulmayıb.

Tura sabah keçiriləcək “Zirə” – “Qəbələ” və “Neftçi” – “Səbail” oyunları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

XIX tur

29 fevral

“Sumqayıt” - “Keşlə” 2:2

Qol: Peyman Babayi (1:0), 4, Vüsal İsgəndərli (1:1), 10, Rəhim Sadıxov (2:1), 59, Slavik Alxasov (2:2), 80

Hakimlər: Kamal Umudlu, Rahil Ramazanov, Eyyub İbrahimov, Rauf Allahverdiyev

Sumqayıt. “Kapital Bank Arena”, 16:00.

“Qarabağ” - “Sabah” 0:0

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Qəzənfər Məmmədov, Fərid Hacıyev.

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 18:00.

Bütün xəbərlər Facebook səhifəmizdə