Apellyasiya Arbitraj Tribunalının qərarı açıqlanıb AFFA

AFFA Apellyasiya Arbitraj Tribunalının qərarını açıqlayıb. SİA-nın məlumatına görə, “Badamlı” Futzal Klubu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyib. İntizam Komitəsinin fevralın 11-dəki qərarı ilə futzalçı Ali Mikaeilinin iki oyunluq cəzalandırılması qüvvədə saxlanılıb.

Qeyd edək ki, A.Mikaeilli “Forza Neftçi”yə qarşı Azərbaycan kubokunun 1/16 final mərhələsinin ilk oyununda ciddi qayda pozuntusuna görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Görüş "Badamlı"nın 5:2 hesablı qələbəsi ilə yekunlaşıb. Cavab oyununda da rəqibini 7:3 hesabı ilə üstələyən komanda növbəti mərhələyə vəsiqə qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə