"Real"ın kapitanı Serxio Ramos UEFA Çempionlar Liqasında antirekorda imza atıb. 33 yaşlı müdafiəçi 1/8 final mərhələsinin ilk matçında "Mançester Siti" ilə görüşün 86-cı dəqiqəsində qırmızı vərəqə alaraq, meydandan qovulub. Bununla da, Ramos, karyerası ərzində 4-cü dəfə Çempionlar Liqasında qırmızı vərəqəylə cəzalanıb.

Ramos, Çempionlar Liqası tarixində ən çox qırmızı vərəqə alan futbolçu kimi Edqar Davids və Zlatan İbrahimoviçin antirekorduna şərik çıxıb. İspaniyalı müdafiəçi 4 qırmızı vərəqədən 3-nü birbaşa alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə