Cüdoçularımız təlim-məşq toplanışında iştirak ediblər

Beynəlxalq yarışlara hazırlığı davam etdirən cüdo üzrə Azərbaycan milli komandasının üzvləri Almaniyanın Düsseldorf şəhərində təlim-məşq toplanışında olublar.

SİA-nın məlumatına görə, Beynəlxalq Cüdo Federasiyasının təşkilatçılığı ilə dörd gün ərzində keçirilən təlim-məşq toplantısında aparıcı idmançılarımız iştirak ediblər. Toplantıya Azərbaycan cüdoçuları ilə yanaşı, Fransa, Yaponiya, Koreya, Monqolustan, Almaniya, Rusiya, İtaliya, Braziliya, Çexiya, Türkiyə, Ukrayna, İspaniya, Gürcüstan, Hollandiya və digər ölkələrin yığmaları da qatılıblar.

Ümumilikdə, Düsseldorf toplanışında 86 ölkədən 800-dən çox cüdoçu iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə