"Real" "Mançester Siti"yə, "Yuventus" "Lion"a uduzdu

Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları davam edir.

SİA xəbər verir ki, bu gecə daha iki qarşılaşma keçiriib.

Turun mərkəzi görüşü İspaniyada baş tutub. “Real” doğma meydanda “Mançester Siti” ilə üz-üzə gəlib. La Liqada son iki turda qalib gələ bilməyən Madrid klubuyla, Premyer Liqada çempionluqdan uzaq düşən “şəhərlilər”in qarşıdurması maraqla gözlənilirdi. Bu görüşdə hesabı meydan sahibləri açıblar. Amma qalan dəqiqələrdə iki qol vuran qonaqlar əzmkar qələbəyə seviniblər.

Gecənin digər matçı isə Fransada baş tutub. Lion “Olimpik”i doğma meydanda “Yuventus”u qəbul edib. Bu oyunda isə Turin tmsilçisi minimal hesabla uduzub.

UEFA Çempionlar Liqası, 1/8 final mərhələsi

26 fevral

“Olimpik” (Lion) - "Yuventus" 1:0
Qol: Tusar, 31.

Lion. “Park Olimpik Lion”. Hakim: Jesus Manzano

Olimpik: Lopes, Denayer, Marselo, Dubua, Marsal, B.Gimaraynş, Auar, Tusar, Korne, Ekambi, Dembele

Yuventus: Şensnı, Danilo, De Liqt, Bonuççi, A.Sandro, Bentankur, Rabyo, Pyaniç, Kuadrado, Dibala, Ronaldo

"Real" - "Mançester Siti" 1:2
Qol: İsko, 60 - Q.Jezus, 78. De Breyne, 83-pen.

Madrid. “Santiaqo Bernabeu”. Hakim: Daniel Orsato

Real: Kurtua, Karvaxal, Ramos, Varan, Mendi, Kazemiro, Modriç, Valverde, İsko, Vinisius, Benzema

Mançester Siti: Ederson, Uoker, Laport, Otamendi, Mendi, Rodri, Gündoğan, Mahrez, De Breyne, B.Silva, Q.Jezus

25 fevral

“Çelsi” – “Bavariya” - 0:3

"Napoli” – “Barselona” - 1:1


20 fevral

"Atalanta" - "Valensiya" - 4:1

"Tottenhem" - "Leyptsiq" - 0:1

19 fevral

“Atletiko” – “Liverpul" - 1:0

“Borussiya” – PSJ - 2:1

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...