“İnter”-“Ludoqorets” matçı azarkeşsiz oynanılacaq

Futbol üzrə UEFA Avropa Liqasının 1/16 final mərhələsinin “İnter”- “Ludoqorets” cavab matçı azarkeşsiz oynanılacaq. Bu barədə "İnter"in rəsmi saytı məlumat yayıb. Buna səbəb isə koronavirus epidemiyasıdır. Qeyd edək ki, ilk görüşü “İnter”in 2:0 hesablı qələbəsi ilə başa çatan komandaların cavab matçı fevralın 27-də Milandakı “Cüzeppe Meatsa” stadionunda olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə