İntizam Komitəsinin qərarları AFFA

AFFA-nın İntizam Komitəsinin qərarları açıqlanıb.

SİA-nın məlumatına görə, 23 fevral, Premyer Liqanın XVIII turunun “Sabah” – “Səbail” oyununda qarşılaşmanın 15-ci dəqiqəsində “Sabah” klubunun 20 nömrəli futbolçusu Yevgeni Koçuk kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur.(maddə 36)
Oyunda xərək daşıyanların yaşı 18-dən aşağı olduğu üçün klub 800 manat cərimə olunur.(maddə 64)23 fevral , Premyer Liqanın XVIII turunun “Qarabağ” – “Sumqayıt” oyununda “Qarabağ” klubunun 11 nömrəli futbolçusu Mahir Emreli qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.(maddə 47)
23 fevral, Premyer Liqanın XVIII turunun “Qarabağ” – “Sumqayıt” oyununda oyun öncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etməyib. Bu səbədən “Qarabağ” klubu 400 manat cərimə olunur.(maddə 62)
22 fevral, Premyer Liqanın XVIII turunun “Qəbələ” – “Neftçi” oyununda oyun öncəsi təcili yardım nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etməyib. Bu səbədən “Qəbələ” klubu 400 manat cərimə olunur.(maddə 62)
21 fevral, I Divizionun XVI turunun “Turan Tovuz ” – “Neftçi-2” oyununda “Turan Tovuz” klubunun 6 nömrəli futbolçusu Veysəl Rzayev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur. (maddə 47)
Oyunda meydan sulanmadığına görə meydan sahibi klub 80 manat cərimə olunur. (maddə 60)
Oyun öncəsi təcili yardım nümayəndəsinin təyin olunan vaxtda iclasda iştirak etməyib.Bu səbədən “Turan Tovuz” klubu 40 manat cərimə olunur. (maddə 62)
“Neftçi-2” klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
20 fevral, I Divizionun XVI turunun “Qarabağ-2” – “Zirə-2” oyununda “Qarabağ-2” klubunun 31 nömrəli futbolçusu İzzət Müştaqov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 20 manat cərimə olunur.(maddə 47)
20 fevral , I Divizionun XVI turunun “Qarabağ-2” – “Zirə-2” oyununda “Qarabağ-2” klubunun 88 nömrəli futbolçusu Şirxan Həsənzadə ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır klub 160 manat cərimə olunur. (maddə 36)
“Zirə-2” klubunun 79 nömrəli futbolçusu Rüstəm Rüstəmov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 20 manat cərimə olunur.(maddə 47)
20 fevral, I Divizionun XVI turunun “Sabah-2” – “Səbail-2” oyununda “Sabah-2” klubunun 5 futbolçusunun sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.(maddə 39)
Oyunöncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etməyib. Bu səbədən “Sabah-2” klubu 40 manat cərimə olunur.(maddə 62)
“Səbail-2” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
18 fevral, Region Liqasında keçirilməli olan “Uğur” (Sumqayıt) – “Şahdağ” (Quba) oyunu “Şahdağ” (Quba) komandası təyin olunan vaxtda meydana çıxmadığı üçün baş tutmamayıb. Bu səbəbdən “Şahdağ” (Quba) komandasına 0:3 hesablı məğlubiyyət verilir.(maddə 50)
22 fevral, Region Liqasında keçirilən “İmişli” – “Şamaxı” oyununda “İmişli” komandasının heyətində 9 nömrəli futbolçu Elxan Məmmədov qarşılaşmanın 80-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır. (maddə 41)
22 fevral, Region Liqasında keçirilən “İmişli” – “Şamaxı” oyununda qarşılaşmanın 90-cı dəqiqəsində “Şamaxı” komandası heyətində 17 nömrəli futbolçu Rəhman Musayev hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır. (maddə 41)
22 fevral, Region Liqasında keçirilən “Alyans” – “Ümid” (Cəlilabad) oyununda “Ümid” (Cəlilabad) komandasının heyətində 3 nömrəli futbolçu Sahib Mirzəyev qarşılaşmanın 85-ci dəqiqəsində perspektivli hücumun qarşısını aldığına görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.(maddə 47)
22 fevral, Region Liqasında keçirilən “Şahdağ” (Quba) – “Xudat FK” oyununda “Şahdağ” (Quba) komandasının heyətində 6 nömrəli futbolçu Nihad Mahmudov
qarşılaşmanın 87-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə
meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47)
Qarşılaşmanın 87-ci dəqiqəsində “Xudat” komandasının heyətində 4 nömrəli futbolçu Telman Ağabalayev aqressiv hərəkətə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 2 oyun cəzalanır.(maddə 37)
23 fevral, Region Liqasında keçirilən “Şahdağ” (Qusar) – “İrəvan FK” oyununda “İrəvan FK” komandasının məşqçisi Emin Ələkbərli qarşılaşmanın 72-ci dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə sarı vərəqə ilə cəzalandırılmış, etirazları kəskin şəkildə davam etdirdiyinə görə 2-ci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.(maddə 47)
19 fevral, Gənclər Liqasında keçirilən “Səbail” – “Sabah” oyununda “Səbail” komandasının heyətində 10 nömrəli futbolçu Aydın Ağazadə qarşılaşmanın 72-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.(maddə 47)
Oyun bitdikdən sonra “Sabah” komandasının heyətində 4 nömrəli futbolçu Nemət Musayev rəqibləri təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır.(maddə 41)
22 fevral, Bakcell U-17 Liqasında keçirilməli olan “Zirə” – “Xəzər Lənkəran” oyunu “Xəzər Lənkəran” komandası təyin olunan vaxtda meydana çıxmadığı üçün baş tutmamayıb. Bu səbəbdən “Xəzər Lənkəran” komandasına 0:3 hesablı məğlubiyyət verilir.(maddə 50)
23 fevral, Bakcell U-17 Liqasında keçirilən “Keşlə” - “Sabah” oyununda “Keşlə” komandasının heyətində 32 nömrəli futbolçu Azər Fərmanov baş hakimə fiziki təsir göstərməyə cəhd etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanır.(maddə 37)
22 fevral, Boulevard Hotel U-15 Liqasında keçirilən “Səbail” - “Neftçi” İK İB oyununda “Neftçi” İK İB komandasının heyətində 8 nömrəli futbolçu Nazim Qarayev qarşılaşmanın 32-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə aldığına görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.(maddə 47)
Qarşılaşmanın 72-ci dəqiqəsində “Neftçi” İK İB komandasının köməkçi-məşqçisi Amid Quliyev hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanır.(maddə 41)
15 fevral, U-14 Liqasında keçirilən “Sumqayıt” – “Zirə” oyununda “Sumqayıt” komandasının heyətində 8 nömrəli futbolçu Namiq Məmmədzadə qarşılaşmanın 70-ci dəqiqəsində kobud oyuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.(maddə 36)
23 fevral, Boulevard Hotel U-15 Liqasında keçirilən “Kəpəz” - “Zirə” oyununda “Kəpəz” komandasının heyətində 6 nömrəli futbolçu Nihad Qəribov qarşılaşmanın 80-ci dəqiqəsində düşüncəsiz davranışa görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.(maddə 47)
16 fevral, U-14 Liqasında keçirilən “Turan Tovuz” – “Azəri” TİM oyununun 25-ci dəqiqəsində “Azəri” TİM komandasının baş məşqçisi Orxan Verdiyev hakimlər briqadasını təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır.(maddə 41)
22 fevral, U-14 Liqasında keçirilməli olan UGİM (Bərdə) - ROİL (Qax) oyunu ROİL (Qax) komandası təyin olunan vaxtda meydanda olmadığı üçün baş tutmamayıb. Bu səbəbdən ROİL (Qax) komandasına 0:3 hesablı məğlubiyyət verilir. (maddə 50)
23 fevral, Coca-Cola U-13 Liqasında “Şəmkir” Gİİ UGİM – “Turan Tovuz” oyununun 42-ci dəqiqəsində “Şəmkir” Gİİ UGİM komandasının məşqçisi Əli Əhmədov hakimə qarşı nalayiq ifadələr işlətdiyinə görə qırmızı vərəqə alaraq
meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır.(maddə 41)
15 fevral, U-11 Liqasında keçirilən “Keşlə” – “Zirə” oyununun 37-ci dəqiqəsində “Zirə” komandasının baş məşqçisi Manaf Kələntərli hakimlər birqadasını təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır.(maddə 41)
22 fevral, Yüksək qızlar Liqasının “Fidan” (Bakı) - “Keşlə FK” (Bakı) oyununda “Fidan” komandasının heyətində 1 nömrəli futbolçu Ümnisə Əliyeva qarşılaşmanın 61-ci dəqiqəsində qeyri-etik ifadə işlətdiyi görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır.(maddə 41)
22 fevral, Yüksək qızlar Liqasının “Uğur FK” (Sumqayıt) - “Xırdalan City” (Bakı) oyununda “Uğur FK” (Sumqayıt) komandasının heyətində 14 nömrəli futbolçu Kamilla Məmmədova qarşılaşmanın 73-cü dəqiqəsində aqressiv davranışa görə qırmızı vərəqə aldığına görə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır.(maddə 37)
“Xırdalan City” (Bakı) komandasının heyətindəki 8 nömrəli futbolçu Nigar Rzayeva qarşılaşmanın 73-cü dəqiqəsində aqressiv davranışa görə kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır.(maddə 37)
“Xırdalan City” (Bakı) komandasının heyətindəki 7 nömrəli futbolçu Nigar Ağalarova qarşılaşmanın 75-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə aldığına görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.(maddə 47)
23 fevral, U-16 Qızlar Liqasının 8№-li RiOEUGiM (Bakı) - “Xırdalan City” (Bakı) oyununda 8№-li RiOEUGiM (Bakı) komandasının heyətində 18 nömrəli futbolçu Nurçin Tarverdizadə qarşılaşmanın 61-ci dəqiqəsində simulyasiya görə ikinci sarı vərəqə aldığına görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.(maddə 47)
24 fevral, futzal üzrə Yüksək Liqanın “Yasamal” İSK – “Premier” (Quba) matçı “Premier” komandası təyin olunan vaxtda meydana çıxmadığı üçün baş tutmayıb. Bu səbəbdən “Premier” komandasına 0:5 hesablı məğlubiyyət verilir.(maddə 50)
22 fevral, futzal üzrə I Liqanın U-19 – “Xızı Yasamal” matçında U-19 komandasının futzalçısı Ridan Babayev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə aldığına görə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.(maddə 47)
“Xızı Yasamal” komandasının futzalçısı Vüsal Heybətov rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə görə qırmızı vərəqə aldğına görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.(maddə 47)
“Xızı Yasamal” komandasının rəhbəri Orxan Allahverdiyev texniki zonanın qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.(maddə 61)
21 fevral, futzal üzrə I Liqanın “Star Kargo” – “AjaxBaku” matçında “Star Kargo” komandasının futzalçısı İbrahim Məmmədov sonuncu ümid foluna görə qırmızı vərəqə aldğına görə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47)
23 fevral, futzal üzrə II Liqanın “Atletiko Baku” – “Star Kargo-2” matçında “Star Kargo-2” komandasının futzalçısı Anar Məmmədov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır.(maddə 41)
23 fevral, Futzal üzrə II Liqanın “Timsport” – “Borçalı” matçında “Timsport” komandasının futzalçısı Fərid Quliyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşarkən, hakimlər briqadasını təhqir etmişdir. Bu səbəbdən o 4 oyun cəzalanır.(maddə 41)
20 fevral, futzal üzrə Yüksək Liqanın “Marafon” – “Araz” oyununda futzal qaydalarının hakimlər tərəfindən düzgün tətbiq olunmaması səbəbindən oyun yarımçıq dayandırılmışdır. Aparılan müzakirələrdən sonra oyunun yenidən keçirilməsinə qərar verilmişdir. Eyni zamanda, oyunun gedişində qovulma ilə nəticələnən qərarlar – Rashid Gholipour (Marafon, qırmızı vərəqə) və Elşad Quliyev (Marafon, baş məşqçi, qırmızı vərəqə) eləcə də digər intizam sanksiyaları qüvvədə saxlanılıb. Qırmızı vərəqə ilə qovulan şəxslərin 1 oyunluq cəzası növbəti təqvim oyununa şamil edilib.
24 fevral, futzal üzrə Yüksək Liqanın “Bakı” TFK – EKOL matçında EKOL komandasının yaş limitinə uyğun 16 nömrəli futzalçısı Babək Abbasovun oyunda iştirak etməməsi məsələsinə baxıldı. Futzalçının səhətti ilə bağlı problemi yarandığına görə oyunda iştirak etmədiyini nəzərə alaraq, komandaya ciddi xəbərdarlıq olunur və analoji hərəkətə növbəti dəfə yol verməməsi tələb olunur.
22 fevral tarixində Boulevard Hotel U-15 Liqasında keçirilən “Qarabağ”- “Sabah” oyununun final fitindən sonra “Qarabağ” komandasının 14 nömrəli oyunçusu İbrahim Hacı və “Sabah” komandasının 20 nömrəli oyunçusu Əmirxan Qurbanov arasında dava başlamışdır. Daha sonra bu dava futbolçular arasında kütləvi hal almış və “Qarabağ” komandasının 19 nömrəli oyunçu Ramin Vəliyev, 25 nömrəli oyunçusu Nihad Abbasov, eləcə də “Sabah” komandasının 19 nömrəli oyunçusu Hüseyn Yusubov, 25 nömrəli oyunçusu Ramiz Bağırov, 21 nömrəli oyunçusu Rüfət Tahirov iştirak edib. Bu səbəbdən adları qeyd edilən futbolçuların hər biri 6 oyun cəzalandırılır (maddə 38)
Ev oyununda təhlükəsizliyi təmin etmədiyi və azarkeşlərin də kütləvi dava-dalaşda iştirak etməsi səbəbindən “Qarabağ” komandasına 1 oyunu azarkeşsiz keçirmək cəzası verilir. Eyni zamanda, məsələ ilə bağlı kluba ciddi xəbərdalıq olunur. Növbəti dəfə belə hal baş verəcəyi təqdirdə daha ciddi sanksiyalar tətbiq ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...