Gimnastımız beynəlxalq turnirdə medallar qazanıb

Rumıniyanın paytaxtı Buxarestdə bədii gimnastika üzrə “İrina Deleanu Cup” adlı beynəlxalq turnir keçirilib.

SİA-nın məlumatına görə, turnirdə ölkəmizi Gövhər İbrahimova, Məryəm Əliyeva və Fatimə Əkbərova təmsil ediblər.

On yaşlı G.İbrahimova bu il çıxış etdiyi ilk beynəlxalq yarışda 3 qızıl medal qazanmağa müvəffəq olub. Belə ki, gimnastımız həm çoxnövçülük, həm gürzlər, həm də halqa ilə çıxışına görə bütün rəqiblərini üstələyərək fəxri kürsünün ilk pilləsinə yüksəlib.

M.Əliyeva çoxnövçülük, gürzlər və topla nümayiş etdirdiyi hər bir çıxışına görə 6-cı yerdə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə