Gürcüstanın Batumi şəhərində ənənəvi "Ajara Cup 2020" turniri 26-29 fevral tarixlərində dörd ölkədən-Gürcüstan,Türkiyə, Ukrayna və Azərbaycan futbol klublarının iştirakı ilə keçiriləcək. SİA-nın verdiyi məlumata görə, Gürcüstan, Türkiyə və Ukraynadan iştirak edən klublar Yüksək Liqa, Azərbaycanı təmsil edən “Atletiko Baku” isə ikinci liqa komandasıdır.
İkinci Liqada iştirak edən “Atletiko Baku” futzal komandası beynəlxalq turnirdə ikinci dəfə iştirak edəcək. Komanda İkinci Liqanın XVIII turu çərçivəsində keçiriləcək “Dalğa” ilə görüş, həmçinin XVIII turundakı “Baku Fire-3”lə oyunu qeyri-müəyyən vaxta təxirə salınıb.
"Atletiko Baku" komandasının rəhbəri Zaur Səmədov "Ajara Cup 2020" turnirində rəqib komandaların güclü olduğunu, lakin birincilik qələbəsi ilə vətənə dönəcəklərinə inandığını bildirib.
Qeyd edək ki, 2012-ci ildən keçirilən “Ajara Cup” turnirində Azərbaycandan kuboku qazanan ilk komanda “Atletiko Baku” olmuşdur.
Komandanın heyyəti:
Komandanın rəhbəri - Zaur Səmədov
1. Musa Musazadə (Qapıçı)
3.Mahmud Şirəliyev
6.Gökhan Kartal
9.Həsən Camalzadə
17.Vasif İsmayılov
18.Eyyub Efendiyev
44.Mehdi Əzimzadə (kapitan)
77.Sumray Kazımov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB