"Liverpul" sensasiyaya imkan vermədi

İngiltərə Premyer Liqasında 27-ci tura yekun vurulub.

SİA xəbər verir ki, lider "Liverpul" evdə "Vest Hem"ə 3:2 hesabı ilə qalib gəlib.

"Liverpul" - "Vest Hem" - 3:2
Qollar: Corcino Veynaldum, 9 (1:0), İssa Diop, 12 (1:1), Pablo Fornals, 54 (1:2), Məhəmməd Salah, 68 (2:2), Sadio Mane, 81 (3:2)

Premyer Liqada turnir cədvəlinə 79 xalla "Liverpul" başçılıq edir. "Qırmızılar"ın ən yaxın izləyicisi "Mançester Siti"nin 57 xalı var. 24 xalı olan "Vest Hem" 18-ci sırada qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə