Sərbəst güləşçilərimizin hazırlığı davam edir

Xəbər verdiyimiz kimi, sərbəst güləş üzrə yığmamız Rusiyanın Kislovodsk şəhərində təlim-məşq toplanışı keçir. SİA-nın məlumatına görə, Romada keçirilən Avropa çempionatından dərhal sonra qonşu ölkədə hazırlıq prosesinə start verən yığmamızın heyətində Olimpiya çəkilərində çıxış edən güləşçilər yer alıb. AGF-nin sərbəst güləş üzrə vitse-prezidenti Firdovsi Umudov, baş məşqçi əvəzi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında keçirilən toplanış fevralın 29-dək davam edəcək.

Özbəkistan və Türkiyə komandalarının da iştirak etdiyi hazırlıq prosesinin keçirilməsində əsas məqsəd fiziki hazırlığın yüksəldilməsidir.

Qeyd edək ki, toplanış martın 19-dan 22-dək Macarıstanın paytaxtı Budapeştdə təşkil olunacaq Avropa Olimpiya təsnifat turnirinə hazırlıq xarakteri daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...