"Beşiktaş" öz meydanında "Trabzonspor"a qalib gələ bilməyib

Futbol üzrə Türkiyə Super Liqasında 23-cü turun oyunları keçirilir. Matc.az xəbər verir ki, ikinci oyun günündə daha üç görüş baş tutub.

Super Liqanın lideri “Trabzonspor” bu turda səfərdə “Beşiktaş”la qarşılaşıb. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.

“Kayserispor” – “Konyaspor” oyununda da eyni hesab qeydə alınıb.

Elə “Göztəpə” – “Qaziantep” qarşılaşması da heç-heçə yekunlaşıb.

Türkiyə Super Liqası

23-cü tur

21 fevral

Sivasspor – Alanyaspor 1:0

Qol: M.Yandaş, 9-pen.

22 fevral

Kayserispor – Konyaspor 2:2

Qol: Kravets, 45+3. P.Enrike, 87 – O.Şahiner, 8. Haciahmetoviç, 44.

Göztəpə – Qaziantep 1:1

Qol: Jerom, 71 – Diarra, 90+1.

Beşiktaş – Trabzonspor 2:2

Qol: Boatenq, 57. Vida, 64 – Sorlot, 5; 90+2.

23 fevral

14:30 Yeni Malatyaspor – Antalyaspor

17:00 Gənclərbirliyi – Ankaragücü

20:00 Fənərbaxça – Qalatasaray

24 fevral

21:00 Kasımpaşa – Dənizlispor

21:00 Rizəspor – Başakşəhər

Bütün xəbərlər Facebook səhifəmizdə