Çempionlar Liqasında qol yağışı

Çempionlar Liqasında qol yağışı

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına start verilib. SİA-nın məlumatına görə, ilk oyun günündə İspaniya və İtaliyada iki görüş baş tutub.

İspaniyada keçirilmiş matçda bütün diqqətlər "İnter"lə ÇL-in son qalibi Joze Mourinyonun hazırki komandası "Real"a yönəlib.

"Real" 1/8 finalda "Milan"ı mübarizədən kənarlaşdırmış "Tottenhem"ə əsl futbol dərsi keçib. Matçın əvvəlində Emmanuel Adebayorun hesabı açmasından az sonra "kral klubu" say üstünlüyü də əldə edib. Piter Krauç meydançadan qovulub. Fasilədən sonra madridlilər daha 3 qol vurublar. Bununla da "Real" "Tottenhem"ə 4 cavabsız qolla qalib gələrək, yarımfinala vəsiqəni böyük ölçüdə təmin edib.

"Şalke 04"ün də mərhələ adlayacağı artıq heç kimdə şübhə doğurmur. Baxmayaraq ki, "İnter"lə səfər matçı öncəsi bunu heç kim ağlına gətirməzdi. 1/8 final mərhələsində "Bavariya"nı mübarizədən kənarlaşdırmış Çempionlar Liqasının son qalibi "Şalke 04"lə matça da fəal başlayıb. Hələ 1-ci dəqiqədə hesabı açan milanlılar ilk yarıdan heç-heçə ilə ayrılıblar - 2:2. Lakin fasilədən sonra "Şalke 04" 3 qol vurub. Bununla da qonaqlar 5:2 hesablı darmadağınla mərhələ şanslarını xeyli yüksəldiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə