Şahmatçılarımız festivalı qələbə ilə başa vurublar

Fevralın 20-də Moskvada "Aeroflot open" beynəlxalq şahmat festivalının ikinci turunun oyunları keçirilib. SİA-nın məlumatına görə, festivalın Open A turnirində Rauf Məmmədov, Vüqar Əsədli qələbə qazanıblar, Aydın Süleymanlı, Vasif Durarbəyli, Abdulla Qədimbəyli isə heç-heçəyə razılaşıblar.

Şahmatçılarımızdan R.Məmmədov, V.Durarbəyli və A.Süleymanlı turnirin birinci turunda qələbə qazanıblar, V.Əsədli və A.Qədimbəyli isə məğlub olublar.

Festivalın B turnirində təmsilçilərimizdən Məhəmməd Muradlı və Elvin Bayramov ikinci turu qalib başa vurublar. Digər şahmatçımız Read Səmədov məğlub olub.

B turnirində birinci turda M.Muradlı qələbə qazanıb, R.Səmədov “sülh”ə razılaşıb, E.Bayramov isə məğlub olub.

Fevralın 29-dək davam edəcək festivalın ümumi mükafat fondu 120 min avrodur.

Bütün xəbərlər Facebook səhifəmizdə