Röya Ruslan Abışovun aktyorluq məharətini bəyəndi

Röya Ruslan Abışovun aktyorluq məharətini bəyəndi

Müğənni Röya Azərbaycan yığmasının və "Neftçi"nin gənc futbolçusu Ruslan Abışovu bəyənib. Siasport.az saytı xəbər verir ki, o bu barədə bu gün "ParkBulvar" ticarət mərkəzində R.Abışovun baş rolda oynadığı müğənni Sevda Yəhyayevanın yeni klipinin təqdimatında deyib.

 

Röya gənc həmkarının yeni klipinə xeyir-dua verərkən Sevdanın yaxşı tərəf müqabili seçdiyini də vurğulyıb: "Klipdə hər şey yaxşı idi. Tərəf müqabilin, oğlan da da yaxşı idi. Ancaq klip insanda həsrət dolu hisslər yaratsa da, sənin gözlərində sevgi var idi".

 

İdman jurnalistikasının nümayəndlərindən birinin müğəninin fikirlərindən doğan bir ayrı fikrə aydılıq gətiməsini istəməsi Röyanın etirazına səbəb olub. Həmkarımız isə belə sual vermişdi: "Qeyd etdiniz ki, Sevdanın gözündə sevgi var idi. Bu sevgi R.Abışovla birlikdə işləməsindən irəli gələ bilər?".

 

Qeyd edək ki, həm Sevda, həm Ruslan, həm də Röya bunun belə olmadığını vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə