Bakıda sumo üzrə Avropa çempionatına start veriləcək

Aprelin 16-20-də Bakıda sumo üzrə Avropa çempionatı keçiriləcək. SİA-nın məlumatına görə, qitə çempionatında 25-ə yaxın ölkədən idmançılar iştirak edəcəklər. Yarışlar Bakı İdman Sarayında keçiriləcək.

Çempionatda idmançılar üç yaş kateqoriyasında mübarizə aparacaqlar. Bu kateqoriyalara 21 yaşadək və 23 yaşadək olan gənclər və böyüklər daxildir.

Azərbaycanın kişilərdən ibarət yığma komandası çempionatda hər bir çəki dərəcəsində iki idmançı ilə təmsil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə