Cüdoçularımız “Böyük dəbilqə” turnirində yarışacaqlar

Almaniyada cüdo üzrə ilin ikinci “Böyük dəbilqə” turniri keçiriləcək. SİA-nın məlumatına görə, fevralın 21-dən 23-dək Düsseldorfda keçiriləcək bu nüfuzlu yarışda Azərbaycan böyük heyətlə - 18 cüdoçu ilə təmsil olunacaq. Kişi cüdoçularımızdan Kəramət Hüseynov, Oruc Vəlizadə (60 kq), Nicat Şıxəlizadə, Orxan Səfərov (66 kq), Rüstəm Orucov, Telman Vəliyev (73 kq), Hidayət Heydərov, Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev, Elmar Qasımov (100 kq), Uşangi Kokauri (+100 kq) tatami üzərinə çıxacaqlar.

Qadınların yarışında isə Aişə Qurbanlı, Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq), İçinxorloo Münxtsedev, Aleksandra-Larisa Florian (57 kq) və İrina Kindzerska (+78 kq) güclərini sınayacaqlar.

Yarışda 120 ölkədən 700-dən çox cüdoçu mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə