“Xilasedici” Gürcüstan komandasına qalib gəlib

Fevralın 19-da kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında daha bir matç oynanılıb. SİA-nın məlumatına görə, Azərbaycan Voleybol Mərkəzində keçirilən qarşılaşmada “Xilasedici” Gürcüstan komandasını sınağa çəkib.

Azərbaycan klubu asan qələbə qazanıb. Rəqib Bakıda ardıcıl ikinci oyununda 0:3 hesabı ilə uduzub. Gürcüstan komandası birinci oyununda “Murov”a məğlub olub. Nəticədə digər komandalardan bir oyun çox keçirən “Xilasedici” yenidən turnir cədvəlində ilk pilləyə yüksəlib. Komandanın hesabında 18 xal var. “Neftçi” 15 xalla ikinci, “Murov” isə 14 xalla üçüncü pillədə qərarlaşıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə