Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) kişilərdən ibarət cüdo üzrə milli komandası Gürcüstanın Qori şəhərində təlim-məşq toplanışında iştirak edir.
SİA-nın məlumatına görə, baş məşqçi İbrahim İbrahimovun rəhbərliyi altında keçən hazırlıq martın 3-dək davam edəcək.
Qeyd edək ki, təlim-məşq toplanışı aprelin 8–13-də Böyük Britaniyanın Nottinqem şəhərində keçiriləcək Qran-Priyə hazırlıq məqsədi daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB