"Leypsiq"in baş məşqçisi Çempionlar Liqasının tarixinə düşüb

"Leypsiq"in baş məşqçisi Yulian Naqelsmann Çempionlar Liqasının tarixinə düşüb. SİA xəbər verir ki, o, buna komandasını 1/8 final mərhələsində meydana çıxarmaqla nail olub. "Tottenhem"lə qarşılaşmada "Leypsiq"in "sükanı arxası"nda olan Naqelsmann 32 yaş 211 günlə pley-off mərhələsində klub çalışdıran ən gənc mütəxəssis ünvanına yiyələnib. Almaniyalıya qədər rekord "Şalke"nin sabiq çalışdırıcısı Domeniko Tedeskoya məxsus idi. İtalyan 2018-19 mövsümündə "Şalke"ni Çempionlar Liqasının 1/8 final mərhələsində "Mançester Siti"yə qarşı meydana çıxaranda 33 yaş 161 günlüyündə olub.

Bütün xəbərlər Facebook səhifəmizdə