"Valensiya" darmadağın oldu, "Leyptsiq"dən səfər qələbəsi

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları davam edir.

SİA xəbər verir ki, bu gün daha iki görüş keçirilib

Gecənin qarşılaşmaları İtaliya və İngiltərədə baş tutub. “Atalanta” öz meydanında “Valensiya”nı, “Tottenhem” isə “Leyptsiq”i qəbul edib.

London klubu doğma meydanda almanlara minimal hesabla məğlub olub. "Atalanta" isə ispanları ilk oyunda darmadağınla məğlub edib.

Qeyd edək ki, dünən keçirilən iki oyunda “Atletiko” “Liverpul”u (1:0), “Borussiya” isə PSJ-ni (2:1) məğlub edib.

Çempionlar Liqası, 1/8 final, ilk oyunlar
19 fevral

"Atalanta" - "Valensiya" 4:1
Qol: Hatebor, 16; 63. İliçiç, 42. Froyler, 57 - Çerışev, 66.
Milan. “San Siro”. Baş hakim: Maykl Oliver.

Atalanta: Qollini, Toloy, Palomino, Qosens, Cimşiti, Froyler, De Roon, Hatebor, Paşaliç, Qomes, İliçiç.

Ehtiyat oyunçular: Sportello, Kaldara, Kastan, Tamez, Malinovski, Muriel, Sapata.

Valensiya: Domenek, Manqala, Vass, Dyabi, Qayya, Parexo, Kondoqbia, Torres, Soler, Qedeş, Qomes.

Ehtiyat oyunçular: Sillessen, Korreya, Haume Kosta, Qameyro, Çerışev, Ruben Sorbino, Qutyerres.

"Tottenhem" - "Leyptsiq" 0:1
Qol: Verner, 58-pen.
London. “Tottenhem Hotspur Stadium”. Baş hakim: Cüneyt Çakır.

Tottenhem: Loris, Orye, Alderveyreld, Sançes, Devis, Uinks, Jedson, Lo Çelso, Alli, Lukas Moura, Berqveyn.

Ehtiyat oyunçular: Qassaniqa, Vertongen, Tanqanqa, Dayer, Skipp, Ndombele, Lamela.

Leyptsiq: Qulaçi, Ampadu, Klostermann, Mukiele, Halstenberq, Anxelinyo, Laymer, Nkunku, Sabitser, Şik, Verner.

Ehtiyat oyunçular: Mvoqo, Volf, Lukmen, Aydara, Forsberq, Olmo, Poulsen.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...