PSJ-nin futbolçusu Neymar Çempionlar Liqasının 1/8 finalında "Borussiya" ilə ilk oyundan (1:2) sonra etdiyi açıqlama ilə diqqət çəkib. Qol.az Fransa mətbuatına istinadən xəbər verir ki, o, son həftələrdə niyə oynamadığı ilə bağlı suala belə cavab verib: "Son matçlarda oynamamaq mənim seçimim deyildi. Mən oynamaq istədim. Özümü yaxşı hiss edirdim. Amma klub məni oynatmaqdan qorxdu. Acısını da mən çəkdim".

Bütün xəbərlər Facebook səhifəmizdə