U-17 yığmamız UEFA inkişaf turnirində iştirak edəcək

Futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması fevralın 20-dən 26-dək Maltanın Salino şəhərində keçiriləcək UEFA inkişaf turnirində iştirak edəcək.

SİA-nın məlumatına görə, millimizin çıxış edəcəyi turnirin təqvimi açıqlanıb.

Millimiz fevralın 21-də Cəbəllütariq, iki gün sonra Şotlandiya, ayın 26-da isə Malta yığmaları ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə