Şahmatçımız festivalda yarışın lideri ilə qarşılaşır

Fevralın 19-da Çexiyanın paytaxtı Praqada təşkil olunan şahmat festivalında yeddinci turun oyunlarına start verilib. SİA-nın məlumatına görə, festivalın “Challengers” turnirində mübarizə aparan Azərbaycan təmsilçisi Nicat Abasov növbəti turda turnir cədvəlinin lideri islandiyalı şahmatçı Hannes Stefansson ilə qarşılaşır.

Qeyd edək ki, N.Abasov 3,5 xalla turnir cədvəlində üçüncü yerdədir.

Azərbaycanda son dövrlərdə inkişaf edən bu növ üzrə Avropa çempionatı isə ilk dəfə olaraq ötən il təşkil edilmişdi. Aerobika gimnastikası üzrə Avropa çempionatına uğurla ev sahibliyi etmiş Milli Gimnastika Arenası artıq bu dəfə dünya çempionatı zamanı gimnastikanın ən dinamik növünün nümayəndələri üçün öz qapılarını açmağa hazırlaşır.

Yarışın ilkin siyahısına əsasən çempionatda 33 ölkədən 453 gimnastın mübarizə aparacağı gözlənilir. İştirakçıların adlarının açıqlanacağı siyahı isə yarışdan bir ay öncə dərc olunacaq.

Üç gün davam edəcək çempionatda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans və aero step proqramlarında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Çempionatda hər bir kateqoriya üzrə təsnifat və final mərhələləri baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə