Şahmatçılarımız “Aeroflot open” festivalında iştirak edirlər UEFA

Fevralın 19-da Moskvada “Aeroflot open” beynəlxalq şahmat festivalı start götürüb. SİA-nın məlumatına görə, üç kateqoriyada keçirilən festivalın əsas turnirində (Open A) reytinqi 2549-dan yuxarı olan şahmatçılar yarışırlar. Open A turnirində Azərbaycanı Rauf Məmmədov, Vasif Durarbəyli, Vüqar Əsədli, Aydın Süleymanlı, Abdulla Qədimbəyli təmsil edirlər.

Əsas turnirə qatılan 91 şahmatçının 63-ü qrossmeysterdir. İsveçrə sistemi üzrə keçirilən və doqquz turdan ibarət olacaq turnirin mükafat fondu 65 min avrodur.

“Aeroflot open” festivalının B turnirində təmsilçilərimiz Məhəmməd Muradlı, Elvin Bayramov, Read Səmədov çıxış edirlər. Bu turnirdə mübarizə aparan 96 şahmatçının 20-si qrossmeysterdir.

Fevralın 29-dək davam edəcək festivalın ümumi mükafat fondu 120 min avrodur. Qalib 18 min avro məbləğində pul mükafatına sahib olacaq və Dortmund super turnirinə vəsiqə qazanacaq.

Festival çərçivəsində üç açıq turnirdən başqa, blits yarışı və Anatoli Karpov adına uşaq turniri də təşkil olunacaq.

İlk dəfə 2002-ci ildə Moskvada keçirilən festival iki il sonra iştirakçı qrossmeysterlərin sayına görə Ginnes Rekordlar Kitabına daxil edilib.

Ötən il analoji yarışın B turnirində Məhəmməd Muradlı bürünc medal qazanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB