Corcio Kyellini "Yuventus"da qalacaq

"Yuventus" futbolçusu Corcio Kyellini ilə yolları ayırmaq niyətində deyil. İtaliya mətbuatının yazdığına görə, Turin klubu 35 yaşlı müdafiəçiyə 1 illik müqavilə təklif edib. Tərəflər arasında razılıq əldə olunduğu bildirilib.

Qeyd edək ki, C.Kyellini 2005-ci ildən "qoca sinyora"nın formasını geyinir. O, bu müddət ərzində 508 matça çıxaraq 36 qol vurub və 20 qolun ötürməsini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə