XVII turun rəmzi komandası açıqlanıb Azərbaycan Premyer Liqası

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun rəmzi komandası müəyyənləşib.

SİA-nın məlumatına görə, “InStat”ın təhlili əsasında müəyyənləşən rəmzi komandada “Qarabağ”dan 6, “Neftçi”dən 3, “Səbail”dən isə 2 futbolçu yer alıb.

Rəmzi heyətə Şahruddin Məhəmmədəliyev (“Qarabağ”), Ailton Silva (“Qarabağ”), Anton Krivotsyuk (“Neftçi”), Bədavi Hüseynov (“Qarabağ”), Urfan Abbasov (“Səbail”), Stiven Monroz (“Neftçi”), Emin Mahmudov (“Neftçi”), Abdulla Zubir (“Qarabağ”), Xayme Romero (“Qarabağ”), Mahir Emreli (“Qarabağ”) və Rauf Əliyevin (“Səbail”) adı salınıb.

Qeyd edək ki, 17 turdan sonra turnir cədvəlinə 38 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 30 xal olan “Neftçi” ikinci, 26 xalı olan “Keşlə” isə üçüncü yerdə qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq “Sumqayıt” (22), “Zirə” (20), “Sabah” (19), “Səbail” (18) və “Qəbələ” (13) yer alıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə