UEFA Çempionlar Liqası üçün yeni mükafat hazırlayıb

UEFA Çempionlar Liqası üçün yeni mükafat təsis edib. SİA-nın qurumun rəsmi saytına istinadən verdiyi məlumatına görə, 1/8 final mərhələsindən etibarən oyunun ən yaxşısı müəyyənləşəcək. Mükafatçıları UEFA-nin təyin etdiyi müşahidəçilər seçəcəklər.

Qarşıdakı matçlarda seçim prosesində İngiltərə millisinin baş məşqçisi Qaret Sautgeyt, Belçika yığmasının baş məşqçisi Roberto Martines, İngiltərənin qadınlardan ibarət millisinin baş məşqçisi Fil Nevill, İrlandiya yığmasının sabiq hücumçusu Robbi Kin, İspaniya "Real Madrid"inin keçmiş müdafiəçisi Aytor Karanka və digər mütəxəssislər iştirak edəcəklər.

Qeyd edək ki, Çempionlar Liqasının 1/8 final mərhələsinə fevralın 18-də keçiriləcək "Atletiko" (Madrid, İspaniya) - "Liverpul" (İngiltərə) və "Borussiya" (Dortmund, Almaniya) - PSJ (Fransa) qarşılaşmaları ilə start veriləcək. Bu mərhələnin oyunlarına martın 17-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...