Azərbyaycan Triatlon Federasiyası ön sıralarda

Belarusun Minsk şəhərində (Milli Olimpiya Komitəsində) Avropa Triatlon Federasiyaları prezidentlərinin sayca 15-ci konfransı keçirilir. SİA-nın məlumatına görə, Beynəlxalq Triatlon Federasiyasının bu idman növünün inkişafı ilə bağlı açıqladığı hesabatda Azərbaycan idmanın bu növündə inkişaf etməkdə olan ölkələr arasında ön sıralarda qərarlaşıb.

Beynəlxalq Triatlon Federasiyasının prezidenti xanım Marisol Kasado çıxışında yeniliklərə toxunaraq bildirdi ki, Tokio Yay Olimpiya oyunlarında ilk dəfə olaraq estafet üzrə yarışlar da keçiriləcək. Triatlonda yeniliyin bununla bitmədiyini bildirən prezident, 4 ildən sonra, Fransada gerçəkləşəcək Olimpiya oyunlarında idmançıların ilk dəfə olaraq super sprint kateqoriyasında da medal uğrunda mübarizəyə qoşula biləcəklərini bildirdi. Azərbaycan Triatlon Federasiyasının prezidenti Azər Məhərrəmov Avropa ölkələrinin triatlon federasiyaları prezidentlərinə ölkəmizdə bu idman növündə görülmüş işlərlə bağlı məlumat verərkən ilk olaraq triatlonun respublikamızda daha geniş yayılması üçün atılan addımlar və son illərdə qazanılan uğurlardan danışdı.

A.Məhərrəmov mediaya açıqlamasında bir sıra Avropa Triatlon Federasiyalarının prezidentləri ilə fikir və təcrübə mübadiləsinin aparılması məqsədi ilə görüşlər keçirilməsinin nəzərdə tutulduğunu bildirdi. Əlavə oaraq bildirək ki, konfransda Belarusun İdman və turizm naziri Sergey Kovalçuk, Avropa Triatlon Federasiyasının prezidenti Renato Bertrandi və bu idman növünə cavabdeh digər rəsmilər də iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...