Naxçıvanda beynəlxalq idman yarışları keçiriləcək

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 14-də "2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. SİA-nın məlumatına görə, Dövlət Proqramında Naxçıvan şəhərində “Karate üzrə Dünya Kuboku”nun, həmçinin 16 yaşadək şahmatçılar arasında Ümumdünya Şahmat Olimpiadasının keçirilmə­si nəzərdə tutulub.

Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi, Gənclər və İdman Nazirliyi, Karate-do Federasiyası və Şahmat Federasiyasına tapşırıqlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə