Fransa kubokunda bütn yarımfinalçılar bilindi

Futbol üzrə Fransa kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib.

SİA xəbər verr ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

“Sent-Etyen” aşağı liqa təmsilçisi “Epinal”la üz-üzə gəlib və bu rəqibinə qalib gəlməklə sürprizə imkan verməyib.

Daha öncə “Renn”, PSJ və Lion “Olimpik”i də yarımfinala yüksəlmişdi.

Fransa kuboku

1/4 final

11 fevral

Belfort – Renn 0:3

Qol: Rafinya, 23. Nyanq, 71-pen. Sibaço, 90+1.

12 fevral

Dijon – PSJ 1:6

Qol: Şuyar, 13 – Lautoa, 1-öz qapısına. Mbappe, 44. T.Silva, 50. Sarabia, 55; 90+1. Kulibali, 86-öz qapısına.

Olimpik (Lion) – Olimpik (Marsel) 1:0

Qol: Auar, 81.

13 fevral

Epinal – Sent-Etyen 1:2

Qol: Krasso, 62-pen – Bouanqa, 37. Kamara, 58.

Beləliklə, yarımfinalda PSJ Lion "Olimpik”i ilə, “Sent-Etyen” isə “Renn”lə mübarizə aparacaq. Bu oyunlar martın 3-4-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə