Formula 1-in Çin mərhələsi qeyri-müəyyən müddətə təxirə salınıb. SİA xəbər verir ki, Beynəlxalq Avtomobil Federasiyası (FIA) və Formula 1 Şanxayda aprelin 17-dən 19-dək keçirilməsi planlaşdırılan Formula 1 yarışlarının koronavirusun yayılması səbəbindən təxirə salınması ilə bağlı birgə qərar qəbul ediblər.
FIA və Formula 1 bundan sonra da vəziyyəti izləmək üçün komandalar, təşkilatçılar, Çinin müvafiq federasiyası və yerli hakimiyyət orqanları ilə sıx əməkdaşlıq şəraitində işləməkdə davam edəcəklər. Tərəflər vəziyyətin yaxşılaşacağı təqdirdə bu il Çin Qran-Prisi üçün alternativ tarixləri dəyərləndirəcəklər.
Xatırladaq ki, dekabrın 31-də Çinin Xubey vilayətinin inzibati mərkəzi olan Uxan şəhərində koronavirusun yeni növü (2019-nCoV) aşkar edilib. Dünya Səhiyyə Təşkilatı (DST) yeni növ koronavirusla bağlı qlobal fövqəladə vəziyyət elan edib. FIA və Formula 1 komandaların, azarkeşlərin, həmçinin əməkdaşlarının təhlükəsizliyini və sağlamlığını qorumaq üçün bu qərarı qəbul ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB