Nicat Abasovun II turdakı rəqibi bəlli oldu

Nicat Abasovun II turdakı rəqibi bəlli oldu

Fevralın 13-də Çexiyanın paytaxtı Praqada keçirilən şahmat festivalında ikinci turun partiyaları oynanılacaq. SİA-nın məlumatına görə, festivalın “Challengers” turnirində mübarizə aparan Azərbaycan təmsilçisi Nicat Abasov növbəti turda niderlandlı Yorden van Forest ilə qarşılaşacaq.

Şahmatçımız birinci oyunda praqalı Van Nqyen ilə heç-heçə edib. On şahmatçının doqquz turda mübarizə apardığı turnir İsveçrə sistemi üzrə keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə