Sambo üzrə ölkə çempionatı və birinciliyi start götürüb

Sambo üzrə ölkə çempionatı və birinciliyi start götürüb

Fevralın 13-də Bakı İdman Sarayında sambo üzrə yeniyetmə, gənclər və böyüklər arasında ölkə çempionatı və birincilikləri start götürüb.

SİA-nın məlumatına görə, yarışların birinci günündə yeniyetmələr, ikinci günündə gənclər, üçüncü günündə isə kişilər mübarizə aparacaqlar.

Yarışlarda ölkəmizin rayon və şəhərlərinin idman cəmiyyətləri və klublarından 500-ə yaxın idmançı medallar uğrunda yarışacaq. Yeniyetmə, gənclər və böyüklər arasında ölkə çempionatı və birinciliklərinə fevralın 15-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə