Ağacan Abiyev: “Soltan Migitinov və Məhəmmədrəsul Məcidov London Olimpiadasına lisenziya qazanmağa yaxındırlar”
Azərbaycan Boks Federsiyasının I vitse-prezidenti, Ağacan Abiyev "Baku Fires" klubunun WSB liqasında finala vəsiqə qazanacağına inandığını bildirib. Siasport.az saytı xəbər verir ki, federasiyanın rəsmi saytına açıqlama verən millət vəkili bütün azarkeşləri komandamıza dəstək olmağa çağırıb: ""Baku Fires" klubu WSB liqasının ilk mövsümündə olduqca uğurla çıxış etdi. Komandamız 31 xal toplayaraq, Asiya zonasının qalibi oldu. Boksçularımız WSB liqasında bütün klublardan çox xal topladı. Avropa zonasının qalibi "Paris United" 29, Amerika zonasında birinci olan "Los Angeles Matadors" isə cəmi 25 xal toplayıb. Bir neçə gündən sonra boksçularımız Fransa komandası ilə yarımfinal görüşünə çıxır. Bütün azarkeşləri aprelin 9-da Sərhədçi İdman Olimpiya Mərkəzinə gəlməyə və "Baku Fires"ə dəstək olmağa çaırıram. WSB liqasının görüşləri də göstərdi ki, ölkəmizdə boksa kifayət qədər maraq var. WSB Olimpiya oyunlarına lisenziya verir. Bu baxımdan yarışın önəmi böyükdür. İki boksçumuz - Soltan Migitinov və Məhəmmədrəsul Məcidov London Olimpiadasına lisenziya qazanmağa yaxındırlar. WSB liqası ilk mövsümdəcə dünyada kifayət qədər populyarlıq qazandı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB