"İnter" final şansını azaldıb
Futbol üzrə İtaliya kubokunda yarımfinal mərhələsinə start verilib. SİA xəbər verir ki, ilk oyun günündə "İnter" doğma meydanda "Napoli" ilə qarşılaşıb. Milan təmsilçisi bu rəqiblə ilk oyundan minimal hesabla məğlub ayrılıb və finala çıxmaq şanslarını azaldıb. Digər yarımfinal görüşü "Milan"la "Yuventus" arasında baş tutacaq. Yarımfinalın cavab qarşılaşmaları martın 4-5-də keçiriləcək. İtaliya kuboku Yarımfinalın ilk oyunları 12 fevral İnter – Napoli 0:1 Qol: F.Ruis, 57. 13 fevral 23:45. Milan - Yuventus

Bütün xəbərlər Facebook səhifəmizdə