"Qalatasaray" Türkiyə kubokunda mübarizəni dayandırdı

"Qalatasaray" Türkiyə kubokunda mübarizəni dayandırdı

Futbol üzrə Türkiyə kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilir.

SİA xəbər verir ki, ikinci oyun günündə də bir görüş baş tutub.

“Qalatasaray” səfərdə uduzduğu “Alanyaspor”u qəbul edib. İstanbul nəhəngi bu görüşdə 3:1 hesablı qələbə qazanmasına baxmayaraq, “Alanyaspor” səfər qolu sayəsində növbəti mərhələyə çıxıb.

Türkiyə kuboku

1/4 finalın cavab oyunları

11 fevral

Fənərbaxça – Kırklarılesipor 1:0 (ilk oyun 3:0)

Qol: M.Erdinc, 50.

12 fevral

Qalatasaray – Alanyaspor 3:1 (0:2)

Qol: E.Akbaba, 9. A.Büyük, 55-pen; 85 – Bammu, 31.

13 fevral

18:00. Ərzurumspor – Trabzonspor (0:5)

20:15. Sivasspor – Antalyaspor (0:0)

Bütün xəbərlər Facebook səhifəmizdə